İraq etiraz notaları verib

R96m45M3NyyrCEx8AfY69mIZkzcRkSqw2tTRWHhz_1200

İraq Xarici İşlər Nazirliyi (XİN) ABŞ-nin müvəqqəti işlər vəkili Coşua Harrisə və Bağdaddakı İran səfiri Məhəmməd əs-Sadekə etiraz notası təqdim edib.

Xia.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, buna səbəb İraq kürdlərinin mövqelərinə endirilən zərbələr olub.

Bildirilib ki, XİN bu cür təcavüz aktları ilə bağlı BMT Təhlükəsizlik Şurasına da şikayət göndərməyi planlaşdırır.

Qeyd olunur ki, etiraz notalarının təqdim edilməsinə səbəb Ənbar vilayətində Xalq Səfərbərlik Qüvvələrinin qərargahına, həmçinin Ərbildə kürd peşmərgə qüvvələrinin qərargahına endirilən zərbələr olub.