İsrail və ABŞ “Buşehr” AES-ə yenidən zərbə endiriblər

hvspzrYsyhTejsWGdAmH1EDvhuZR5TAdG9H5EM6T_1200

İsrail və ABŞ İranın cənub-qərbində yerləşən “Buşehr” Atom Elektrik Stansiyasına (AES) yeni zərbə endirib. Stansiyaya ziyan dəyməyib, personal arasında da itki yoxdur.

Xia.az xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı məlumat yayıb.

Qurumun məlumatına görə, mərmi AES-in ərazisinə düşüb, lakin ilkin qiymətləndirmələrə əsasən, obyektin özündə heç bir zədələnmə yoxdur və texniki nasazlıqlar qeydə alınmır.

Xatırladaq ki, İrandakı “Buşehr” AES-in enerji blokunun bilavasitə yaxınlığına ilk zərbə martın 17-si endirilmişdi.