Səlim Müslümovun şəhərin mərkəzindəki obyekti yarım milyondan BAHA SATILDI
Hazırda şərti cəza çəkən sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Bakının mərkəzində yerləşən müsadirə edilmiş obyekti satılıb.
Xia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, 450 min manata hərraca çıxarılan qeyri-yaşayış sahəsini 600 min manata alıblar.
Səbail rayonunun Azadlıq prospektindəki həmin obyektin sahəsi 50.6 kv.m olub. İcra məmuru əmlakı ilk hərracda satıb.