Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Sumqayıtda 14 min abonentin qazı kəsiləcək

Posted on 26 Mart 202626 Mart 2026 By Admin_

Sumqayıt şəhərində 14 min abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xia.az  “Report”a istinadla xəbər verir ki, bu barədə Sumqayıt Qaz İstismar Sahəsindən (QİS) bildirilib.

Qeyd edilib ki, 26.03.2026-cı il tarixində Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsi istiqamətində yerləşən, Xəzər bağları, 22-ci və 26-cı məhəllələr, “Təzə Kottec” və “Köhnə Kottec” adlanan ərazilərin qaz təchizatını təmin edən ortatəzyiqli, diametri 250 mm olan qaz kəmərində sızma aşkarlanıb.

Qeyd olunub ki, sızmanın aradan qaldırılması və qəzanın qarşısının alınması məqsədilə aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq həmin ərazilərdə ümumilikdə 14 min abonentin qaz təchizatında martın 26-da saat 10:00-dan etibarən işlər yekunlaşanadək müvəqqəti fasilə yaranacaq.

Bundan əlavə, təmir işləri müddətində Sumqayıt bulvarı ərazisində yaşayan abonentlərin də qaz təchizatında fasilə olacağı bildirilib.

Qeyd olunub ki, təmir işləri başa çatdıqdan sonra abonentlərin qaz təchizatı mərhələli şəkildə bərpa ediləcək.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: İran dronlarına qarşı Ukrayna texnologiyası
Next Post: Gədəbəydə 2 yaşlı uşaq vəfat edib
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme