Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

İsrail ordusu Livanın cənubunda kilsə yaxınlığında “Hizbullah”a məxsus tunel aşkar etdi

Posted on 27 Mart 202627 Mart 2026 By Admin_

İsrail ordusu Livanın cənubunda keçirilən əməliyyatlar zamanı yerli kilsələrdən birinin yaxınlığında hərbi obyektlər aşkar etdiyini bildirib.

Xia.az  xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti açıqlama yayıb.

Bildirilir ki, sərhəd bölgəsində yerləşən Əl-Xiyam yaşayış məntəqəsi yaxınlığında tunelə giriş və yeraltı infrastruktur obyektləri aşkarlanıb. Bundan əlavə, İsrail hərbçiləri həmin ərazidə yerləşən məktəblərdən birində yüzlərlə silah tapıblar.

İsrail tərəfinin iddiasına görə, “Hizbullah” dini və mülki obyektlərdən hərbi məqsədlərlə istifadə edir.

Dünya

Yazı naviqasiyası

Previous Post: Biləsuvarda avtomobil aşdı
Next Post: Bakıda və Abşeron yarımadasında intensiv və güclü yağış davam edir
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme