İsrail ordusu Livanın cənubunda kilsə yaxınlığında “Hizbullah”a məxsus tunel aşkar etdi

QtEunAoS8NddsRccRCGYdMuOIwvDWA7Cn0cyGLFo_1200

İsrail ordusu Livanın cənubunda keçirilən əməliyyatlar zamanı yerli kilsələrdən birinin yaxınlığında hərbi obyektlər aşkar etdiyini bildirib.

Xia.az  xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti açıqlama yayıb.

Bildirilir ki, sərhəd bölgəsində yerləşən Əl-Xiyam yaşayış məntəqəsi yaxınlığında tunelə giriş və yeraltı infrastruktur obyektləri aşkarlanıb. Bundan əlavə, İsrail hərbçiləri həmin ərazidə yerləşən məktəblərdən birində yüzlərlə silah tapıblar.

İsrail tərəfinin iddiasına görə, “Hizbullah” dini və mülki obyektlərdən hərbi məqsədlərlə istifadə edir.