Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

ABŞ-də polis səhvinə görə psixiatriya xəstəxanasında yatan şəxsə bir milyon dollara yaxın təzminat ödəniləcək

Posted on 28 Mart 202628 Mart 2026 By Admin_

ABŞ-də, Havay ştatının Honolulu şəhərində polisin yol verdiyi yanlışlıq üzündən iki ildən çox həbsxanada və psixiatriya klinikasında saxlanılan evsiz şəxsə 975 min dollar təzminat ödəniləcək.

Xia.az  xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.

Hadisə 2017-ci ildə küçədə gecələyən 54 yaşlı Coşua Spristersbaxın hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ilə başlayıb. Spristersbaxın davamlı olaraq yanlış adam olduğunu bildirməsinə baxmayaraq, o, dörd ay həbsdə saxlanılıb. Daha sonra şizofreniyadan əziyyət çəkən başqa bir şəxslə səhv salındığı üçün iki ildən artıq müddətə ruhi sağlamlıq mərkəzinə yerləşdirilib.

Tibb işçiləri onun günahsız olduğu barədə dediklərini “qarabasma” hesab edərək qulaqardına vurub və pasiyentə məcburi şəkildə sakitləşdirici preparatlar veriblər. Məcburi tibbi müdaxilə başa çatdıqdan sonra isə həmin şəxs dövlət qurumlarına qarşı məhkəməyə müraciət edib.

Uzun sürən tədqiqatlardan sonra Honolulu rəhbərliyi zərərçəkənə 975 min dollar təzminat ödəmək məcburiyyətində qalıb. Bundan başqa, Havay ştatı tərəfindən də əlavə olaraq 200 min dollar məbləğində vəsaitin ödənilməsi ehtimalı nəzərdə tutlub.

Dünya

Yazı naviqasiyası

Previous Post: “ABŞ İran nümayəndələri ilə bu həftə görüşə ümid edir”
Next Post: Daimi əsnəmənin həyati təhlükələri açıqlandı
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme