“ABŞ İran nümayəndələri ilə bu həftə görüşə ümid edir”
“ABŞ İranla münaqişənin sülh yolu ilə həlli barədə nümayəndələrlə görüşün artıq bu həftə baş tutacağına ümid edir”.
Xia.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bildirib.
“Ümid edirik ki, görüşlər bu həftə keçiriləcək”, – deyə o, Mayamidə keçirilən investisiya forumunda qeyd edib.