Türkiyə-Azərbaycan Birgə Media Platforması üzrə Anlaşma Memorandumu imzalandı
İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya Zirvəsi (STRATCOM 2026) çərçivəsində Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi arasında Anlaşma Memorandum imzalanıb.
Xia.az xəbər verir ki, sənədi Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran və Medianın İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Əhməd İsmayılov imzalayıblar.