Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Əlcəzairin sabiq prezidenti vəfat edib

Posted on 29 Mart 202629 Mart 2026 By Admin_

Əlcəzairin sabiq prezidenti Əl-Yəmin Zərval 84 yaşında vəfat edib.

Xia.az  bu barədə Asharq.com-a istinadən xəbər verir.

Bildirilir ki, sabiq dövlət başçısı uzun müddətdir xəstəliklərlə mübarizə aparırdı. O, müalicə aldığı hərbi xəstəxanada dünyasını dəyişib.

Qeyd edək ki, Zərval 1941-ci il iyulun 3-də Əlcəzairin Batna vilayətində anadan olub.

O, 10 iyul 1993-cü ildə müdafiə naziri təyin edilib, daha sonra 1994-cü il yanvarın 30-da müvəqqəti prezident olub, 1995-ci ildə isə rəsmi olaraq prezident postunu tutaraq müstəqillik qazandıqdan sonra Əlcəzairin altıncı prezidenti olub.

1998-ci ilin sentyabrında Zərval növbədənkənar prezident seçkisinin keçiriləcəyini elan edib və prezidentlik səlahiyyətlərini 1999-cu ilin aprelində rəsmən başa vurub.

Dünya

Yazı naviqasiyası

Previous Post: ABŞ və İsrailin İranda içməli su anbarına zərbə endirdiyi iddia olunur
Next Post: Ağsuda baş verən dəhşətli hadisə
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme