Azərbaycanlı döyüşçü qalib gəldi
Tezliklə dünyanın ən nüfuzlu döyüş təşkilatı olan UFC ilə müqavilə bağlayacağı gözlənilən Azərbaycan döyüşçüsü Asəf Çopurov növbəti uğuruna imza atıb. O, “UAE Warriors” təşkilatında sahib olduğu çempionluq kəmərini uğurla müdafiə edib.
Xia.az xəbər verir ki, idmançımız kəmər uğrunda keçirilən döyüşdə erkən qələbə qazanıb. MMA döyüşçümüz braziliyalı rəqibini boğucu fəndlə məğlub edərək peşəkar karyerasındakı məğlubiyyətsizlik seriyasını davam etdirib. Bu qələbə ilə Asəf Çopurov rekordunu 10:0-a çatdırıb.