Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Laçında 300 metr yüksəklikdə “gəzinti”

Posted on 29 Mart 202629 Mart 2026 By Admin_

Laçında turizm infrastrukturunun inkişafı istiqamətində növbəti irimiqyaslı layihə icra olunur. Şəhər bulvarından başlayacaq yeni kanat yolunun cari ilin sonuna qədər istifadəyə verilməsi planlaşdırılır. Bu layihə həm logistik məqsədlər üçün əhəmiyyətli olacaq, həm də bölgənin sosial turizm infrastrukturuna böyük töhfə verəcək.

Xia.az  İTV-yə istinadla xəbər verir ki, kanat yolunun girişi şəhərin bulvar hissəsində yerləşir. Texniki göstəriciləri ilə diqqət çəkən layihənin hündürlüyü 300 metr, xəttinin ümumi uzunluğu isə 1 720 metrdir.

Yeni kanat yolu saatda 800 sərnişinə xidmət göstərmək imkanına malikdir. Layihə çərçivəsində hər biri 10 nəfərlik olmaqla cəmi 17 kabinə nəzərdə tutulub. Sərnişinlər bulvarla yüksəklik arasındakı məsafəni cəmi 6 dəqiqəyə qət edəcəklər. Əsas məqamlardan biri odur ki, bəzi kabinələr velosiped və əlil arabaları üçün xüsusi olaraq uyğunlaşdırılacaq. Bu da kanat yolunun həm də inklüziv nəqliyyat vasitəsi kimi fəaliyyət göstərməsini təmin edəcək.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: İran İsraildə kimya zavodunu vurdu
Next Post: Müharibəni dayandırmaq planı
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme