Misirde Yanacaq istifadəsinə ciddi məhdudiyyətlər
Misir Nazirlər Kabineti regionda mövcud vəziyyət fonunda yanacağa qənaət məqsədilə bir sıra enerji qənaəti tədbirləri həyata keçirib.
Xia.az xəbər verir ki, bu barədə Misirin Baş naziri Mustafa Madbuli məlumat verib.
Onun sözlərinə görə, ilk tədbir dizel və benzin istifadə edən iri enerji tutumlu dövlət layihələri üzrə işlərin ən azı iki ay müddətinə ləngidilməsini nəzərdə tutur.
İkinci tədbir dövlət nəqliyyatı üçün ayrılan yanacaq həcminin dərhal 30% azaldılmasını ehtiva edir.
Bundan əlavə, aprelin 1-dən etibarən bir ay müddətinə bütün dövlət qurumlarında həftədə bir gün məsafədən iş rejimi tətbiq olunacaq. Zərurət yarandıqda isə bu müddət daha bir gün artırıla bilər.