Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb

Posted on 29 Mart 202629 Mart 2026 By Admin_

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev Mütləq Döyüş Çempionatında (UFC) bu gecə növbəti döyüşünü keçirib.

Xia.az  xəbər verir ki, 36 yaşlı idmançı ABŞ-nin Sietl şəhərində keçirilən turnirdə çilili İqnasio Bahamondeslə qarşılaşıb.

İdmançılar üç raund ərzində qalibi müəyyənləşdirə bilməyiblər. Yekunda hakimlər yekdilliklə Tofiq Musayevin qələbəsinə səs veriblər. Bu, Tofiq Musayevin UFC-də ilk qələbəsi olub.

Qeyd edək ki, idmançı ilk döyüşündə, ötən il iyunun 22-də Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) məğlub olub. İqnasio Bahamondes də sonuncu dəfə Bakıdakı turnirdə təmsilçimiz Rafael Fiziyevə məğlub olub.

İdman

Yazı naviqasiyası

Previous Post: Yaponiyadakı Çin səfirliyinə basqın edən şəxs saxlanıldı
Next Post: Avropada 12 ton şokolad yoxa çıxdı
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme