BƏƏ-dən sərt tələb – İran kompensasiya ödəməlidir

bW3vAU54c8hK7eCP7fvsXhVG7qFF1SuTOgfhy2TA_1200

Birləşmiş Ərəb Əmirlikləri hesab edir ki, İranla bağlı mümkün sülh sazişi Körfəz ölkələrinə dəymiş zərərin kompensasiyasını da əhatə etməlidir.

Xia.az  xəbər verir ki, bu barədə BƏƏ prezidentinin müşaviri Ənvar Qarqaş sosial şəbəkədə yazıb.

Onun sözlərinə görə, hər hansı siyasi həll İranın gələcəkdə bu cür hücumları təkrarlamaması üçün təminatlar verməli, digər ölkələrin işinə qarışmamaq prinsipini təsdiqləməli və mülki obyektlərə, infrastruktura və əhaliyə dəyən zərərə görə kompensasiya öhdəliklərini nəzərdə tutmalıdır.