Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Bu gün Malta ilə qarşılaşacaq

Posted on 30 Mart 202630 Mart 2026 By Admin_

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsinin II raundunda növbəti sınağına çıxacaq.

Xia.az xəbər verir ki, B liqasının 2-ci qrupunda mübarizə aparan yığmamız Bolqarıstanın Plovdiv şəhərində baş tutacaq sonuncu matçında Malta seçməsi ilə qüvvəsini sınayacaq.

“Nikola Şterev – Starika İdman Kompleksi”ndə keçiriləcək matç Bakı vaxtı ilə saat 14:00-da başlanacaq. Qarşılaşmanı Şimali Makedoniya və Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, hazırda B liqasının 2-ci qrupunda yer alan U-17 millimiz hesabındakı 2 xalla üçüncü pillədə qərarlaşıb. Qeyd edək ki, komandamız bundan əvvəlki görüşlərdə Bolqarıstan (1:1) və Litva (0:0) yığmaları ilə sülhə razılaşıb.

İdman

Yazı naviqasiyası

Previous Post: Çində düşüncə ilə idarə olunan robot-it təqdim edildi
Next Post: Hindistanda qadın bir gecədə milyonçu oldu, amma pulu geri verdi
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme