Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

İsrail Tehrana kütləvi zərbələrə başladı

Posted on 30 Mart 202630 Mart 2026 By Admin_

İsrail ordusu İranın paytaxtı istiqamətində kütləvi hava zərbələrinə başladığını elan edib.

Xia.az xəbər verir ki, bu barədə SAXAL məlumat yayıb.

“İsrail ordusu Tehran ərazisindəki hərbi infrastruktur obyektlərini hədəfə alır”, – deyə İsrail Silahlı Qüvvələrinin mətbuat xidməti tərəfindən yayılan bəyanatda qeyd olunur.

Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib.

İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb.

Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub.

İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb.

Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb.

Dünya

Yazı naviqasiyası

Previous Post: Qaraçuxurda ağac yola aşdı
Next Post: Azərbaycan millisi bu gün ikinci oyununu keçirəcək
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme