Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Ağstafada beş mindən çox abonentin qazı kəsilib

Posted on 31 Mart 202631 Mart 2026 By Admin_

Ağstafa rayonunun bir neçə kəndinin qaz təchizatında fasilə yaranıb.

Xia.az  xəbər verir ki, bu barədə Şəmkir Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

Bildirilib ki, Ağstafa rayonu Köçəsgər avtomatik qazpaylayıcı stansiyadan (AQPS) qidalanan yaşayış məntəqələrində xidmət sahəsi tərəfindən aşkar edilən qaz sızmalarının aradan qaldırılması, korroziyaya uğrayan boruların əvəzlənməsi, daşıyıcı qaz xətti üzərində olan siyirtmələrdə əmələ gələn sızmanın aradan qaldırılması üçün qaz təchizatının dayandırılması zərurəti yaranıb:

“Qeyd olunan işlərin yerinə yetirilməsi üçün bu gün saat 11:00-dan təmir yekunlaşanadək Köçəsgər, Tatlı, Köhnə Qışlaq, Yuxarı Göycəli, Eynallı, Qırılı, Vurğun, Həsənsu, Aşağı Göycəli kəndlərində (5 590 abonent) qaz təchizatı dayandırılıb”.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: BDU-nun müəllimi vəfat etdi
Next Post: İsrail ordusu Tehrana yeni aviazərbələr endirib – VİDEO
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme