Dünyada yanacaq böhranı başladı

dYRy0qIgBQ7Z2MGO95srGJ1bDXunhir9WqwoQLW1_1200

İndoneziya hökuməti dövlət xərclərinə və yanacaq istehlakına qənaət etmək məqsədilə yeni tədbirlər planı hazırlayıb.

Xia.az  xəbər verir ki, bu barədə “Bloomberg” Asiya-Sakit okean regionunun iqtisadiyyatı üzrə analitiki Svati Pandeyin sözlərinə istinadən məlumat yayıb.

Xəbərdə qeyd olunub ki, bu məhdudiyyətlərə dövlət qulluqçularının cümə günləri məcburi şəkildə distant işə keçirilməsi, fərdi nəqliyyat vasitələri üçün gündəlik yanacaq limitinin tətbiqi və məktəblərdə ödənişsiz qidalanmanın ixtisar edilməsi daxildir.

Rəsmi qurumlar qiymətlərin artması ilə bağlı hələlik hər hansı bəyanat verməsə də, “Barclays Bank”ın maliyyə ekspertləri bu ehtimalın yüksək olduğunu vurğulayırlar. Xatırladaq ki, bundan öncə ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazında logistika və təchizat çətinlikləri ilə üzləşən dövlətlərə yanacağı birbaşa ABŞ-dən idxal etməyi məsləhət görmüşdü.