Masallıda faciəli şəkildə ölən baba və nəvə
Bu gün Masallının Qızılağac kəndində baş verən güclü yanğın zamanı həlak olan 59 yaşlı Camələddin Abdullayev və iki yaşlı nəvəsi Məhərrəm Məmmədzadənin fotosu yayılıb.
Xia.az həmin fotonu təq
Bu gün Masallının Qızılağac kəndində baş vermiş faciəvi hadisənin təfərrüatı məlum olub.
Xia.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisənin baş verdiyi ev Seyid Mirhəsən Ağa (1868-ci ildə İsfahanda anadan olub və 1955-ci ildə Qızılağacda vəfat edib) ocağı kimi də tanınır.
Bildirilib ki, hadisə vaxtı Seyid Mirhəsən Ağanın nəvəsi 1967-ci il təvəllüdlü Camələddin Həsənağa oğlu Abdullayev evin yandığını görüb və iki yaşlı nəvəsi Məhərrəm Mehman oğlu Məmmədzadəni xilas etmək üçün yanan mənzilə daxil olub. Bu zaman alov daha da şiddətlənib və taxta konstruksiyaları tamamilə əhatəyə alıb. Nəticədə nəvə və onu xilas etmək üçün evə girən babası yanaraq həlak olublar.