Tehran atəşkəs üçün ABŞ-yə müraciət edib?
İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmail Baqai ABŞ Prezidenti Donald Trampın son bəyanatına sərt reaksiya verib.
Xia.az xəbər verir ki, Baqai “Əl-Cəzirə” telekanalına müsahibəsində Trampın “İran tərəfi atəşkəs xahişi ilə bizə müraciət edib” iddiasını qəti şəkildə rədd edib.
XİN rəsmisi bildirib ki, İran tərəfindən hər hansı atəşkəs xahişi olunmayıb:
“Trampın bizim atəşkəs xahiş etdiyimizə dair bəyanatı yalandır və həqiqəti əks etdirmir”.