“Qalatasaray”da CİDDİ İTKİ

Lt5VdoB4205XYK4fTPCXvDd9DlML2fFLVjsaIpAi_1200

Türkiyənin nəhəng klublarından olan “Qalatasaray”ın ulduz futbolçusu Qabriel Sara gözlənilməz zədə ilə üzləşib.

Xia.az  xəbər verir ki, 26 yaşlı oyunçu Braziliya milli komandasının düşərgəsində olarkən sağ ayağından xəsarət alıb.

Zədəli yarımmüdafiəçinin bərpa prosesi və müalicəsi İstanbulda həyata keçiriləcək. Futbolçunun yaşıl meydanlara nə vaxt dönəcəyi və son durumu ilə bağlı ictimaiyyətə yaxın günlərdə ətraflı məlumat veriləcəyi gözlənilir.

Xatırladaq ki, Qabriel Sara cari mövsümdə “Qalatasaray”ın heyətində 39 qarşılaşmada iştirak edərək altı qol vurub və üç məhsuldar ötürmə ilə yadda qalıb. Yarımmüdafiəçi, həmçinin Braziliya yığmasının heyətində bir matçda yaşıl meydanda mübarizə aparıb.