Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Türkiyə ilə oyundan sonra Luçesku barədə qərar verildi

Posted on 02 Aprel 202602 Aprel 2026 By Admin_

Rumıniya Futbol Federasiyası milli komandanın baş məşqçisi təcrübəli mütəxəssis Mirça Luçesku ilə yollarını ayırdığını rəsmən bəyan edib.

Xia.az  xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, tanınmış mütəxəssisin idarə etdiyi Rumıniya yığması DÇ-2026-nın pley-off mərhələsinə vəsiqə qazanmağı bacarmışdı. Lakin həlledici mərhələdə Türkiyə seçməsinə 0:1 hesabı ilə uduzan komanda dünya çempionatı uğrunda mübarizəni dayandırmalı olub.

Qeyd edək ki, M.Luçeskunun yığmadakı ikinci fəaliyyət dövrü əvvəlki kimi məhsuldar olmayıb: bu müddət ərzində Rumıniya millisi 11 qarşılaşmada meydandan qalib ayrılıb, bir dəfə sülhə razılaşıb və 6 matçda məğlub olub.

İdman

Yazı naviqasiyası

Previous Post: SEPAH-ın komandanı öldürüldü
Next Post: Hava KƏSKİN DƏYİŞİR:Yenə SEL KEÇƏCƏK
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme