“Çelsi” futbolçusunu cəzalandırdı

chelsea-corner-flag-cornern7k5nugju3q21r095m84gl20ojpg_1200

İngiltərənin “Çelsi” klubu ulduz futbolçusu Enzo Fernandesə qarşı sərt intizam tədbiri görüb.

Xia.az xəbər verir ki, bu cəzaya əsas səbəb 25 yaşlı oyunçunun İspaniya nəhəngi “Real Madrid” komandasına transfer olunmaq istəyini bildirməsidir.

London təmsilçisi baş verənlərin ardınca argentinalı yarımmüdafiəçini növbəti iki oyunda heyətdən kənarlaşdırmaq qərarına gəlib.

Eyni zamanda, klubun sadiq azarkeşləri və veteran futbolçuları Fernandesin bu gözlənilməz davranışını birmənalı qarşılamayaraq, onu kəskin şəkildə tənqid ediblər.

Xatırladaq ki, argentinalı yarımmüdafiəçi 2023-cü ildən etibarən “Çelsi” klubunun şərəfini qoruyur.

Çelsi Real Madridə keçmək istəyən futbolçusunu cəzalandırdı - FOTO