Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Məşhur məşqçi reanimasiyadadır

Posted on 03 Aprel 202603 Aprel 2026 By Admin_

Rumıniya milli komandasının sabiq baş məşqçisi Mirça Luçesku bu gün səhər saatlarında infarkt keçirib.

Xia.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Emanuel Roşu sosial media hesabında məlumat yayıb.

“Luçesku bir gün əvvəl xəstəxanaya yerləşdirilib. Vəziyyəti yaxşılaşırdı və məşqçi artıq evə buraxılmağa hazırlaşırdı. Lakin xəstəxanada olarkən infarkt keçirib. Həkimlər onu kritik mərhələdə xilas ediblər, lakin hazırda reanimasiyadadır”, – deyə paylaşımda bildirilib.

Daha əvvəl mediada 80 yaşlı Mirça Luçeskunun Rumıniya milli komandasının məşqindən əvvəl huşunu itirdiyi və xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayılmışdı. Dünən Luçeskunun Rumıniya milli komandasının baş məşqçisi vəzifəsindən istefa verdiyi də rəsmən açıqlanıb.

İdman

Yazı naviqasiyası

Previous Post: “Çelsi” futbolçusunu cəzalandırdı
Next Post: Ədliyyə naziri Xaçmaz şəhərində vətəndaşları qəbul edib
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme