Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Yaz və yay mövsümü üçün ən dəbli donlar açıqlandı

Posted on 03 Aprel 202603 Aprel 2026 By Admin_

“Vogue” jurnalının redaktorları 2026-cı ilin yaz və yay mövsümündə aktual olacaq ən trend don modellərini müəyyənləşdiriblər.

Xia.az  xəbər verir ki, bu barədə nəşrin rəsmi saytında geniş məqalə dərc olunub.

Cari isti mövsümdə bədənə sıx oturan (“ikinci dəri” effekti yaradan) donlar, alt paltarı üslubunda hazırlanan modellər və “beybi-doll” (yüksək belli, uşaq kuklalarının geyimindən ilhamlanan A-siluetli) donlar xüsusilə aktualdır. Bundan əlavə, büzməli, krujevalı, pərdə formalı və çiçək naxışlı qarderob nümunələri də populyarlıq qazanıb.

Siyahıda 1960-cı illərin dəbini xatırladan pastel rəngli geyimlər və “halter” üslubunda (çiyinləri açıq qoyan, boyun ətrafına ilgək kimi bağlanan yaxalıq) əşyalar da yer alıb. Redaktorlar bu mövsüm həm zərifliyin, həm də rahatlığın ön planda olacağını vurğulayırlar.

Dünya

Yazı naviqasiyası

Previous Post: “Xalq Bank”da əmanət yerləşdirin, 50 000 AZN qazanmaq şansı əldə edin
Next Post: Göyçayda avtoxuliqanlıq edən şəxs saxlanıldı
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme