Yola tökülən pulları oradan keçənlər YIGDILAR

xgUugjJg2QNMBfO5v1aElxDecVKCHdqyUxAOI6C6_1200

Çinin Tszinçjou şəhərində qeyri-adi hadisə baş verib: yol pul əskinasları ilə dolub və yoldan keçənlər onları toplamağa başlayıblar.

Xia.az  “Sohu” nəşrinə istinadən xəbər verir ki, hadisə anbaan kameralara düşüb.

Şahidlərin videoya çəkdiyi görüntülərdə insanların yolun ortasında dayanaraq pulları yığdığı, bəzi sürücülərin isə əskinasları götürmək üçün avtomobillərini tərk etdiyi görünür. Maraqlısı budur ki, ərazidəki kommunal xidmət işçiləri də prosesə qoşularaq pulları süpürgə ilə bir yerə toplayıblar.

Araşdırma zamanı məlum olub ki, hadisə təsadüf nəticəsində baş verib. Belə ki, hərəkətdə olan avtomobilin baqajı qəfil açılıb və içindəki nağd pullar yola səpələnib. Avtomobildə ümumilikdə 300 min yuandan (təxminən 70 min manat) çox pul olub.

Toplanan vəsaitin böyük hissəsi sahibinə qaytarılsa da, təxminən 17 min yuan hələ də tapılmayıb. Polis bildirib ki, tapılmış pulların mənimsənilməsi hüquq pozuntusu sayılır. Hüquq-mühafizə orqanları əskinasları götürən şəxsləri onları könüllü şəkildə sahibinə qaytarmağa çağırıb.