Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

4 ölkə “Türk axını” qaz kəmərinin mühafizəsini gücləndirəcək

Posted on 05 Aprel 202605 Aprel 2026 By Admin_

“Macarıstan, Rusiya, Türkiyə və Serbiya “Türk axını” qaz kəmərinin mümkün hücumlardan qorunmasını gücləndirmək barədə razılığa gəliblər”.

Xia.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto ölkənin Müdafiə Şurasının iclasından sonra bildirib.

İclas Viktor Orban tərəfindən Serbiya hissəsində qaz kəmərinə qarşı diversiya cəhdi ilə əlaqədar çağırılıb.

Siyarto qeyd edib ki, bu məsələ ilə bağlı Serbiya və Türkiyənin energetika nazirləri, eləcə də Rusiyanın energetika nazirinin birinci müavini Pavel Sorokinlə telefon danışığı aparıb.

Nazirin sözlərinə görə, tərəflər qaz kəmərinin əvvəlkindən daha etibarlı şəkildə qorunmasının vacibliyi barədə razılığa gəliblər. O bildirib ki, hücumların sayı artdığı üçün tərəflər sıx əlaqə saxlayacaq və”Türk axını” kəmərinin qorunması üçün hər biri konkret tədbirlər görəcək.

Dünya

Yazı naviqasiyası

Previous Post: Kollektorda qəzaya səbəb olan evin sökülməsinə başlanılıb
Next Post: Quba və Qusar rayonlarında bəzi çaylardan sel keçir
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme