Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Dağıstanda güclü yağışlar 139 yaşayış məntəqəsini işıqsız qoyub

Posted on 05 Aprel 202605 Aprel 2026 By Admin_

Dağıstanda güclü yağışlardan sonra 139 yaşayış məntəqəsində elektrik təchizatında qəza baş verib.

Xia.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb

Qeyd olunur ki, elektrik enerjisinin verilişində kəsintilər 14 bələdiyyə rayonunda qeydə alınıb.

“Rosseti Şimali Qafqaz” filialının – “Daqenergo”nun mətbuat xidməti bildirir ki, elektrik ötürücü xətlərinə ən böyük ziyan dağlıq rayonlarda qeydə alınıb.

Söhbət Kərabudaxkənd, Axtı, Qayakənd, Lak, Akuşa, Gergebil, Qunib, Levaşı, Tabasaran, Qaytaq, Dərbənd, Babayurd, Qasumkənd, Unsuqul rayonlarından, həmçinin Mahaçqaladan gedir.

Bazar günü Mahaçqalada bir sıra küçələr uzun sürən yağış nəticəsində yenidən su altında qalıb. Daha əvvəl Dağıstanda pis hava şəraiti ilə əlaqədar heyvandarlar üçün fövqəladə vəziyyət rejimi tətbiq edilmişdi.

Dünya

Yazı naviqasiyası

Previous Post: İraq Hörmüz boğazından keçdi
Next Post: ictimai nəqliyyat istifadəçilərinə vacib xəbər
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme