İraq Hörmüz boğazından keçdi
İraq nefti daşıyan tanker Hörmüz boğazından keçib.
Xia.az bu barədə “Al Mayadeen” telekanalına istinadən xəbər verir.
Məlumata əsasən, gəmi bazar günü İran sahilləri yaxınlığında görünüb.
Şənbə günü İran Silahlı Qüvvələrinin “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahı İraqın Hörmüz boğazından keçidlə bağlı qoyulmuş məhdudiyyətlərdən tamamilə azad edildiyini vurğulayıb.