Qasım Süleymaninin qızı ABŞ-də saxlanılan qadınların ailələri ilə əlaqəsi olmadığını bildirib

3wsfAcenUCm0rmmGNC5deGfzFD2C8IWawANXJICs_1200

2020-ci ildə öldürülmüş iranlı general Qasım Süleymaninin qızı Zeynəb Süleymani ABŞ-də saxlanılan iranlı qadınların onun ailəsi ilə aidiyyəti olmadığını açıqlayıb.

Xia.az  xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.

“Dövlət Departamentinin açıqlamaları yalandır. ABŞ-də saxlanılan iranlı qadınların Qasım Süleymaninin ailəsi ilə heç bir əlaqəsi yoxdur”, – deyə Zeynəb Süleymani bildirib.

Bundan əvvəl ABŞ Dövlət Departamenti saxlanılan qadınları Süleymaninin qardaşı qızı və qardaşı nəvəsi kimi təqdim etmişdi.