Şəmkirdə QƏTL: 16 yaşlı şübhəli saxlanıldı

6nyq2jzqnU1DZ1F9nxsmN22pnAN5YRene4N5l2o0_1200

Şəmkirdə qətl hadisəsi baş verib.

Xia.az  APA-ya istinadən bildirir ki, rayon sakini 2007-ci il təvəllüdlü Ramal Quliyev bıçaqlanıb. Gənc oğlan xəstəxanaya aparılarkən yolda ölüb.

İlkin məlumata görə, R.Quliyevi Kür qəsəbəsi sakini 2010-cu il təvəllüdlü F.Paşazadə aralarında baş verən mübahisə zamanı bıçaqlayaq öldürüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər.

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Şəmkir rayon sakini, 19 yaşlı Ramal Quliyevi kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən 16 yaşlı F.Paşazadə saxlanılıb.