“Spice Girls” qrupu birləşir?
Əfsanəvi “Spice Girls” pop-qrupunun üzvü Mel Bi kollektivin 30 illiyi münasibətilə yenidən bir araya gələcəyi ilə bağlı ümidləri puça çıxarıb.
Xia.az “Hello” nəşrinə istinadən xəbər verir ki, sənətçi uzun illərdir gözlənilən tammiqyaslı konsert turunun baş tutmayacağını bildirib.
Müğənni qeyd edib ki, artıq həmkarlarını buna razı salmaq üçün enerji sərf etmək niyyətində deyil.
“Əgər istəmirlərsə, onları tura çıxmağa məcbur etməyə ehtiyac yoxdur. Mən 50 yaşım tamam olanda bu məsələdən əl çəkdim”, – deyə müğənni bildirib.
Bununla belə, Mel Bi layihənin başqa formatda, məsələn, “Netflix” üçün sənədli serial kimi həyata keçirilə biləcəyini istisna etməyib. Onun sözlərinə görə, bütün solistlər bu ideyanın müzakirəsinə dəvət olunsa da, yekun qərar hələ verilməyib. Əsas maneə isə bəzi üzvlərin tam səmimi olmaq istəməməsidir.