3 aydır təqaüdlərini ala bilmeyenRəssamlıq Akademiyasının tələbələri
Azərbaycan Rəssamlıq Akademiyasının tələbələri üç aydır təqaüdlərini ala bilmədiklərini iddia edirlər. Onlar bildirirlər ki, fevral, mart və aprel ayının təqaüdləri hələ də köçməyib.
Məsələ ilə bağlı Rəssamlıq Akademiyasından bildirilib ki, məsələ rəhbərlik tərəfindən ciddi nəzarətə götürülüb.
“Hazırda müvafiq sənədləşmə işlərinin qısa müddət ərzində tamamlanması və gecikmiş təqaüdlərin tam şəkildə ödənilməsi istiqamətində işlər intensiv şəkildə davam etdirilir. Gecikmənin səbəbləri aradan qaldırılaraq, ödənişlərin yaxın zamanda tam şəkildə həyata keçirilməsi nəzərdə tutulur”, – təhsil müəssisəsinin açıqlamasında deyilir.