54 yaşlı kişi maşında öldü
Bakıda sürücü sükan arxasında dünyasını dəyişib.
Xia.az -ın məlumatına görə, hadisə aprelin 4-də gecə saatlarında paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsində qeydə alınıb.
Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Ləyaqət Vəliyev “Toyota” markalı avtomobillə hərəkətdə olarkən qəfil özünü pis hiss edib. O, sükan arxasında infarkt keçirib və elə avtomobildə də ölüb.
Hazırda faktla bağlı araşdırma aparılır.