Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçıların adları açıqlandı
Azərbaycanı Polşanın Katovitse şəhərində təşkil olunacaq şəxsi Avropa çempionatında 14 şahmatçı təmsil edəcək.
Bu barədə Xia.az -a Azərbaycan Şahmat Federasiyasından bildirilib.
Qitə çempionatında təmsilçilərimizdən Aydın Süleymanlı, Məhəmməd Muradlı, Nicat Abasov, Read Səmədov, Xaqan Əhməd, Xəzər Babazadə, Şiroğlan Talıbov, Vüqar Manafov, Şahin Vəliyev, Ümid Aslanov, Gövhər Beydullayeva, Süleyman Süleymanlı, Əli Zuqanov və Ceyhun Hüseynzadə mübarizə aparacaqlar.
Avropa çempionatı gələn il keçiriləcək Dünya Kubokuna vəsiqə qazandıracaq. Aprelin 7-də startı veriləcək mötəbər yarışda 43 ölkədən 502 şahmatçı iştirak edəcək.
Qeyd edək ki, qitə çempionatı 11 turdan ibarət olacaq. Yarışa aprelin 19-da yekun vurulacaq.