Daha bir neft-kimya kompleksinə zərbələr
İranın Mərvdəşt şəhərindəki neft-kimya kompleksi ABŞ və İsrailin zərbələri nəticəsində zərər çəkib və obyektlərdən birində yanğın baş verib.
Xia.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi yerli rəsmilərə istinadən məlumat yayıb.
“Yanğın neft-kimya kompleksinə hücumdan bir neçə dəqiqə sonra lokallaşdırılıb. Yalnız kiçik bir hissəyə ziyan dəyib”, – deyə məlumatda bildirilib.
Qeyd edilib ki, hadisə zamanı xəsarət alan olmayıb və obyektin fəaliyyəti pozulmayıb.