Aİ daxilində gərginlik artır: 90 milyardlıq Ukrayna planı bloklanıb

7do3tIjsVMhtvISwHQps85yNsBxkpIPr8g7x9p4s_1200

Avropa İttifaqı (Aİ) mühüm mövzularda, o cümlədən Ukraynanın maliyyələşdirilməsi ilə bağlı məsələlərdə ortaq mövqe nümayiş etdirməkdə çətinlik çəkir.

Xia.az  xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Məqalədə vurğulanır ki, qurum sistematik ifliclə üzləşib.

Avropa Parlamentinin İspaniyadan olan deputatı Naço Sançes Amor qeyd edib:

“Qərarların qəbul edilməsində əsaslı çətinliklərimiz mövcuddur. Hər ay bu vəziyyəti yaradan yeni bir halla rastlaşırıq”.

Nəşrin məlumatında bildirilir ki, Macarıstan Ukrayna üçün nəzərdə tutulan 90 milyard avro dəyərindəki krediti və İsrail köçkünlərinə tətbiq ediləcək sanksiyaları əngəlləyir. Məhdudiyyətlərin tərəfdarı olan 26 dövlətdən hər hansı birinin ortaq qərarı təkbaşına bloklamaq imkanı Aİ daxilindəki böhranın sistem xarakterli olduğunu sübut edir.