İstanbulda İsrail konsulluğunun qarşısında atışma: Ölən və yaralılar var

xSvaMaImU5pvqfJiVSQa4cHBTKVbGyTq0PDpEIdo_1200

İstanbulda İsrailin Baş Konsulluğuna silahlı hücum nəticəsində iki polis yaralanıb.

Xia.az  xəbər verir ki, bu barədə NTV kanalı yerli polisə istinadən məlumat yayıb.

Telekanalın məlumatına görə, kamuflyaj geyinmiş üç şəxs baş konsulluğa avtomatlardan atəş açıblar.

İstanbul valisi Davut Gül bildirib ki, silahlı insidentin iştirakçılarından biri öldürülüb, ikisi yaralı halda ələ keçirilib. Vali onu da qeyd edib ki, konsulluq binasında son 2.5 ildir ki, diplomatik fəaliyyət dayandırlıb.

Levent bölgəsində yerləşən İsrail Baş Konsulluğu uzun müddətdir bağlı olsa da, polis tərəfindən qorunur.

İsrail Xarici İşlər Nazirliyi bildirib ki, İstanbulda silahlı insident baş verən zaman konsulluqda heç kim olmayıb.