Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Lənkəranın iki kəndi susuz qalacaq

Posted on 07 Aprel 202607 Aprel 2026 By Admin_

Bu gün Lənkəran rayonunun Digah və Şilavar kəndlərinin bir hissəsində içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.

Xia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidməti məlumat yayıb.

Bildirilib ki, buna səbəb Digah kəndində diametri 160 millimetr olan içməli su xəttində baş verən qəzanın aradan qaldırılması məqsədilə təmir işlərinin aparılmasıdır.

Təmir işləri başa çatdıqdan sonra suyun verilməsi gün ərzində əvvəlki rejimlə bərpa ediləcək.

Cəmiyyət

Yazı naviqasiyası

Previous Post: Səhiyyə Nazirliyindən SAXTA DƏRMANLARA QARŞI yeni rəqəmsal mexanizm
Next Post: Qaradağda böyük əməliyyat: Beş nəfər SAXLANILDI
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme