Lənkəranın iki kəndi susuz qalacaq
Bu gün Lənkəran rayonunun Digah və Şilavar kəndlərinin bir hissəsində içməli suyun verilməsində müvəqqəti fasilə yaranacaq.
Xia.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Regional Su Meliorasiya Xidməti məlumat yayıb.
Bildirilib ki, buna səbəb Digah kəndində diametri 160 millimetr olan içməli su xəttində baş verən qəzanın aradan qaldırılması məqsədilə təmir işlərinin aparılmasıdır.
Təmir işləri başa çatdıqdan sonra suyun verilməsi gün ərzində əvvəlki rejimlə bərpa ediləcək.