Pit Heqset nazir olmaq üçün nələrdən keçib?
ABŞ-nin hərb naziri Pit Heqset Pentaqona rəhbərlik etmək üçün ölkənin aparıcı hərbi şirkətlərindəki paylarını satıbmış.
Xia.az xəbər verir ki, bu barədə məlumatı “RİA Novosti” paylaşıb.
Mövcud sənədlərdə qeyd olunur ki, Heqset vəzifəsinin icrasına başlamamışdan öncə maliyyə maraqları ilə bağlı yaranacaq məsələlərə qarışmamaq barədə öhdəlik götürüb və etik razılaşma imzalayıb. O, nazir təyin edildikdən dərhal sonra investisiya portfelini tələblərə uyğunlaşdırıb.
Pit Heqset “Lockheed Martin”, “Northrop Grumman” və “Honeywell” kimi müəssisələrin səhmlərindən imtina edib. Məlumata əsasən, nazir, eyni zamanda, hərbi sənayeyə fəal şəkildə sərmayə yatıran “Blackstone” və KKR fondlarındakı aktivlərini də satıb.