Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Qaradağda böyük əməliyyat: Beş nəfər SAXLANILDI

Posted on 07 Aprel 202607 Aprel 2026 By Admin_

Qaradağda 70 kq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Xia.az  xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı silsilə əməliyyatlar həyata keçiriblər. Bu çərçivədə rayon ərazisində baş tutan tədbirlər zamanı 33 yaşlı Məmmədəli Məmmədov, 33 yaşlı Orxan Mehtiyev, 31 yaşlı Elmar Mehtizadə, 35 yaşlı Vaqif Kərimov və 32 yaşlı Pərvin Orucov şübhəli kimi saxlanılıblar.

Onlardan ümumilikdə 70 kiloqram 875 qram həcmində tərkibinə psixotrop maddələr əlavə edilmiş narkotik vasitə – marixuana aşkarlanıb. Saxlanılanların müxtəlif İran vətəndaşları ilə cinayət əlaqəsinə girərək narkotikləri sərhədyanı bölgələrdən qazanc əldə etmək və müxtəlif ünvanlara yerləşdirmək məqsədi ilə əldə etdikləri məlum olub.

Faktlarla bağlı cinayət işləri başlanılıb, tutulan şəxslərin barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Kriminal

Yazı naviqasiyası

Previous Post: Lənkəranın iki kəndi susuz qalacaq
Next Post: Pezeşkiandan diqqətçəkən paylaşım: “İran uğrunda həyatımı qurban verməyə hazıram”
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme