Gəncədə ağır qəza: Ölən var
Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Xia.az -ın məlumatına görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.
Belə ki, “Chevrolet” və VAZ markalı avtomobillər toqquşub. Hadisə nəticəsində 1953-cü il təvəllüdlü Mütəllim Məmmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.