İsrail ordusu ötən gecə Livana 20-dən çox hava zərbəsi endirib

sSO6lx4kOM1HaPtSiPKqmHzIM6seKPfd2h6BRPK8_1200

İsrail ordusu ötən gecə Livanda 20-dən çox hava hücumu həyata keçirib.

Xia.az  xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” televiziya kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri gecə ərzində Livanın cənubundakı Bint Cbeil bölgəsindəki kəndlərə 21 hava hücumu həyata keçirib.

Livanın cənubundakı Əl-Qəsmiyyə körpüsünə və Beyrutun cənub ətrafı olan Dahiyaya daha bir hava hücumu qeydə alınıb.