Skip to content

Xia.az

Xəbərlər informasiya

  • Ana Səhifə
  • Siyasət
  • Kriminal
  • Hadisə
  • Təhsil
  • Cəmiyyət
  • Ordu
  • İdman
  • Dünya
  • Toggle search form

Sahibsiz it səkkiz nəfərə hücum edib

Posted on 09 Aprel 202609 Aprel 2026 By Admin_

Bakının Xəzər rayonu, Mərdəkan qəsəbəsinin sakinləri müraciət edərək bildiriblər ki, artıq bir neçə gündür qorxu içində yaşayırlar. Buna səbəb isə küçədə insanlara hücum edən yiyəsiz, quduz olduğu iddia edilən itin sərbəst şəkildə dolaşmasıdır.

Sakinlərin sözlərinə görə, sözügedən it indiyədək səkkiz nəfərə – məktəbli uşaqlara və qadınlara hücum edib. Bu səbəbdən valideynlər uşaqlarını məktəbə avtomobillə aparıb-gətirməyə məcbur olduqlarını, küçədə sərbəst hərəkət edə bilmədiklərini bildirirlər.

“Çoban itidir, altı-yeddi uşağı yaralayıb. Sahibi tapılmır. Bu gün də bir qadına hücum edib. Uşaqları görəndə üstünə atılır. Hətta bir uşağın qulağını qoparıb, hazırda xəstəxanadadır”, – sakinlərdən biri deyib.

“Maşından düşmüşdüm, gördüm ki, it üstümə gəlir. Elə həmin an məni dişlədi. Bədənim tam göyərmişdi, diş izləri qalmışdı”, – başqa bir sakin qeyd edib.

Məsələ ilə bağlı Mərdəkan qəsəbə bələdiyyəsindən bildirilib ki, hadisədən xəbərdardırlar və problemin qısa zamanda aradan qaldırılması üçün müvafiq tapşırıqlar verilib.

Hadisə

Yazı naviqasiyası

Previous Post: “Makler evləri” almaq istəyənlər
Next Post: İran qalib gəldiyini dedi, Tramp özündən çıxdı
​© 2024 Xia.az. Bütün hüquqlar qorunur.

Copyright © 2026 Xia.az.

Powered by PressBook WordPress theme