Almaniyada aviaşirkət işçilərinin tətili səbəbindən yüzlərlə reys təxirə salındı

fFXGjqjpuuE5psldsBNwuyKHi6QhQNgYbGGlV6AJ_1200

Almaniyada aviaşirkət işçilərinin tətili səbəbindən yüzlərlə reys təxirə salındı

    Almaniyada “Lufthansa” aviaşirkətinin təxminən 20 min stüardessa və stüardlarının tətil etməsi səbəbindən 500-dən çox təyyarə reysi ləğv olunub.

    Xia.az  xəbər verir ki, bu barədə Almaniya KİV məlumat yayıb.

    Bildirilir ki, ölkənin ən böyük hava limanı olan Frankfurtun hava limanında planlaşdırılan 350 reysin təxminən 75%-i baş tutmayıb.

    Tətil yerli vaxtla gecəyarısı (Bakı vaxtı ilə 02:00 – red.) başlayıb və bu gün saat 22:00-dək (Bakı vaxtı ilə 00:00 – red.) davam edəcək.

    İndiki vəziyyətdə etiraz aksiyası xüsusilə problemlidir, çünki Avropada pasxa tətilinin son günüdür və bir çox insan məzuniyyətlərdən evlərinə qayıdırlar.

    “Lufthansa” əməkdaşlarını, eləcə də qurumun regional bölməsi “Cityline”ın işçilərini tətilə UFO həmkarlar ittifaqı çağırıb. Artıq bir neçə aydır ittifaqın nümayəndələri şirkət rəhbərliyi ilə maaşların artırılması barədə danışıqlar aparırlar. Qeyd olunur ki, bu, il ərzində sözügedən şirkətdə baş tutan üçüncü genişmiqyaslı etiraz aksiyasıdır. Daha əvvəl “Lufthansa” şirkətinin pilotları iki dəfə tətil ediblər.