Dayısını qətlə yetirməkdə təqsirləndirilən şəxsdən xəbər var

y03jyoPARAvkQaBIxTxoEPlMY1qUe1i7gM6gyZWV_1200


Bakıda dayısını qətlə yetirməkdə təqsirləndirilən Rəhim Qasımovun cinayət işi üzrə məhkəmə baxışı keçirilib.

Xia.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Kamil Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin saxlanılmasında iştirak edən əməliyyatçı şahid qismində ifadə verib.

O bildirib ki, təqsirləndirilən şəxsi saxlayanda üzərində narkotik vasitə aşkarlayıblar.

Daha sonra sənədlərin tədqiqinə başlanılıb.

Prosesdə istintaqın yekunlaşdırılması elan edildikdən sonra çıxış üçün prokurora söz verilsə də, o, buna görə məhkəmədən vaxt istəyib.

Məhkəmənin növbəti iclası aprelin 24-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin avqustunda paytaxtın Xətai rayonu ərazisində yerləşən mənzillərdən birində baş verib.

Belə ki, 60 yaşlı Firdovsi Həsənovun üzərində xəsarət izləri olan meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 32 yaşlı Rəhim Qasımovun bıçaqla xəsarət yetirərək Firdovsi Həsənovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Onun üzərinə baxış zamanı narkotik vasitə aşkar edilib.

Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 157.1-ci (mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma), 234.4.1 və 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham irəli sürülüb.