“Liverpul” klubunda növbəti ayrılıq – FOTO
İngiltərə Premyer Liqasının nəhənglərindən olan “Liverpul”un müdafiəçisi Endryu Robertson cari mövsümün sonunda komanda ilə yollarını ayıracaq.
Xia.az xəbər verir ki, 31 yaşlı şotlandiyalı ulduz futbolçunun Mersisayd təmsilçisi ilə qüvvədə olan müqaviləsi 2026-cı ilin yayında başa çatır və tərəflər arasında yeni sözləşmənin imzalanmayacağı qətiləşib.
Xatırladaq ki, təcrübəli müdafiəçi 2017-ci ildən etibarən “Liverpul”un şərəfini qoruyur.
Qeyd edək ki, bundan bir qədər əvvəl komandanın digər ulduzu Məhəmməd Salah da cari mövsümün sonunda Mersisayd təmsilçisindən ayrılacağını rəsmən elan etmişdi.
