ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyində böhran sonrası ilk addım – Hamı işə qayıdır

xidD4FJVeygzjAm6uMDeb5OJCJFMFbF15TXh073b_1200

ABŞ-nin Daxili Təhlükəsizlik Nazirliyi əməkdaşların maaşları bərpa olunmaqla işə qayıtması barədə göstəriş verib.

Xia.az “Federal News Network”a istinadən xəbər verir ki, bu barədə qurum əməkdaşlarına göndərilən daxili bildirişdə qeyd olunub.

Bildirilib ki, vəzifəsindən azad edilən şəxslər də daxil olmaqla bütün əməkdaşlar növbəti planlaşdırılmış iş günündən etibarən maaşları saxlanılmaqla işə qayıtmalıdırlar.

Məlumata görə, fevralın 14-də maliyyə çatışmazlığı səbəbindən nazirliyin fəaliyyəti qismən dayandırılıb. Demokratlar Minneapolisdə qeyri-qanuni miqrantlara qarşı əməliyyat zamanı iki ABŞ vətəndaşının öldürülməsindən sonra quruma ayrılan vəsaitlə bağlı qanun layihəsinə yenidən baxılmasını tələb edirlər.